"Roma" heyətinə yeni oyunçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Aston Villa"dan Leon Beylini icarəyə götürüb. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Leon Beyli ötən mövsüm "Aston Villa"nın heyətində 38 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.