"Marsel"dən ayrılan Robinyo Vaz karyerasını İtaliyada davam etdirəcək. 18 yaşlı futbolçu "Roma" ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat paylaşıb.

 

"Canavarlar" icarə müddəti mövsümün sonunda bitən hücumçunu 25 milyon avro ödəməklə tam əsasla "rənglərinə bağlamaq" hüququna da sahibdi. Fransız futbolçu yeni klubunda 78 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, forvard cari mövsümdə Fransa klubunun heyətində 22 oyunda iştirak edib və 4 qol vurub. Robinyo Fransa çempionatının ən perspektivli oyunçularından biri hesab olunur.