"Real"ın hücumçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" braziliyalı vingerin xidmətində maraqlıdır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb. London klubu 24 yaşlı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.
Rodriqo bu mövsüm "Real"da 45 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.