Renat Dadaşov və Həsən Nəzərlinin çərəfini qoruduğu "Ankaragücü" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi XVII tur çərçivəsində "Çorum"un qonağı olub.
Hər iki oyunçu matça ehtiyat oyunçular skamyasında start verib. Renat 62-ci dəqiqədə meydana daxil olub. Bundan sonra "Ankaragücü" son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - 1:1.
Qeyd edək ki, "Ankaragücü" 24 xalla 9-cu pillədə qərarlaşıb.