Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"un yeni baş məşqçisinin adı dəqiqləşib. Sport24.az xəbər verir ki, komandaya Özhan Pulat başçılıq edəcək.

 

Yeni çalışdırıcı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Pulat baş məşqçi vəzifəsində bu gün istefa verən Volkan Demireli əvəzləyib. 39 yaşlı mütəxəssisin qarşısında "Hatayspor"u Superliqada saxlamaq vəzifəsi durur.

 

Qeyd edək ki, Renatın komandası 34 turdan sonra 33 xalla turnir cədvəlinin 18-cisidir.