İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın “Atalanta” komandasına qarşı keçirdiyi oyunla bu turnirin tarixinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Madrid klubu 1992-ci ildən etibarən yeni formatda keçirilən ÇL-də 100-cü oyununa çıxıb. “Real” o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib. Komanda həmin dövrdən bəri hər mövsümdə qrup mərhələsinə yüksəlib.

“Real” həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.

Qeyd edək ki, “Real” “Atalanta”ya 1:0 hesabıyla qalib gəlib.

UEFA Çempionlar Liqası əvvəlki formatda Avropa Çempionları Kuboku adlanırdı.