İngiltərə millisinin və "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem xoşagəlməz hadisə ilə üzləşib. Sport24.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu haqda öz İnstaqram hesabında məlumat yayıb.
Futbolçu X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsinin hakerlər tərəfindən sındırıldığını bildirib: "X hesabım oğurlandı. Məndən gələn heç bir mesaja məhəl qoymayın".