"Real"ın üzləşdiyi problem yalnız baş məşqçi Xabi Alonsonun işi ilə bağlı deyil. Sport24.az xəbər verir ki, bu məlumat "The Athletic" paylaşıb.

 

Nəşr "Kral klubu"nun paltardəyişmə otağına yaxın mənbənin sözlərinə əsaslanaraq bildirib ki, bəzi oyunçular baş məşqçinin tələblərini tam qəbul etmirlər. Lakin problemin yalnız Alonsodan qaynaqlanmadığı da vurğulanır:

 

"Komandanın uğursuz çıxışı tək Alonsodan asılı deyil. Mbappe, Vinisius Junior və Bellingem sadəcə birlikdə effektiv oynaya bilmirlər. Belə "üçlük"lə balanslı heyət qurmaq olduqca çətindir".

 

Qeyd edək ki, "Real" bütün turnirlər nəzərə alınmaqla son beş oyundan yalnız birində qalib gəlib. Klubdakı mənbələr vəziyyəti dəyişməyin asan olmayacağını etiraf edirlər.