"Real"ın sabiq futbolçusu Quti "Barselona"nın futbolçusu Lamin Yamal ilə komandanın sabiq hücumçusu Lionel Messini müqayisə edib. Sport24.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan mütəxəssis bunları deyib:

 

"Yamalın inanılmaz istedadı var. O, bir hərəkətlə oyunun taleyini dəyişə bilər. Messinin 17 yaşında belə şeylər etdiyini xatırlamıram. Yamal İspaniya çempionatının ulduzudur, lakin hələ gəncdir".