Madrid "Real"ı dünyanın ən dəyərli futbol brendi olub. Sport24.az xəbər verir ki, bu barədə "Brand Finance" konsaltinq şirkəti məlumat yayıb.
Avqustun sonuna olan məlumata görə, brendin dəyəri 2025-ci ildə 1,92 milyard avroya çatıb.
Qeyd edək ki, İspaniyanın digər təmsilçisi "Barselona" 1,7 milyard avro ilə ikinci ən dəyərli futbol klubu brendi olaraq tanınıb.