"Real" "River Pleyt"dən aldığı 17 yaşlı Franko Mastantuononun transferini gələn həftə ictimaiyyətə açıqlayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madird təmsilçisi futbolçuya görə Argentina klubuna 45 milyon avro təzminat ödəyəcək. Ödəniş isə 3 dəfəyə olacaq. Futbolçu ilə Madrid nəhəngi arasındakı müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Mastantuono 2019-cu ildən "River Pleyt"də çıxış edir və o, 2024-cü ilin əvvəlində əsas komandaya cəlb olunub. Bu müddət ərzində futbolçu 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Buenos Ayres klubu ilə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.