İlin sonunda "Monnerrey"lə müqaviləsi başa çatan Serxio Ramos Avropaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
"Milan" ispaniyalı mərkəz müdafiəçisi ilə maraqlanır. A Seriyası nəhəngi 39 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Serxio Ramos bu ilin fevral ayından "Monterrey"də çıxış edir. Təcrübəli oyunçu Meksika təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 7 qol vurub.