Rusiyanın "Krılya Sovetov" klubu ölkə Kubokunda tarixi qələbəyə imza atıb. Sport24.az xəbər verir ki, Samara təmsilçisi IX qrupdakı ikinci matçında səfərdə "Znamya"nı 10:0 hesabı ilə məğlub edib. 

Bu, 1992-ci ildən keçirilən Rusiya Kubokunda ən böyük hesablı qələbədir. Daha əvvəl "Uralmaş" - "Okean" matçında meydan sahibləri 8 cavabsız qol vurublar. Bu oyun 29 il əvvəl baş tutub.

Qeyd edək ki, Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev 2018/19 mövsümündə "Krılya Sovetov"un formasını geyinib.