"Barselona"nın braziliyalı vingeri Rafinya "Milan"ın keçmiş yarımmüdafiəçisi Kakanı və "Liverpul"un sabiq forvardı Roberto Firminonu keçərək, Çempionlar Liqasında bir mövsümdə ən çox qol+ötürmə edən braziliyalı adına sahib çıxıb. Sport24.az xəbər verir ki, o, buna "Borussiya" ilə oyunda nail olub.
Çempionlar Liqasının ilk 1/4 finalında "Borussiya" ilə qarşılaşmada (4:0) Rafinya özü fərqlənməklə (25-ci dəqiqə) yanaşı, həmçinin komanda yoldaşları - Robert Levandovski (48-ci dəqiqə) və Lamin Yamala (77-ci dəqiqə) məhsuldar ötürmə edib.
Bununla da braziliyalı 2024/2025 mövsümündə qol+ötürmə sistemi üzrə xalların sayını 19-a çatdıraraq, indiyə qədər Çempionlar Liqasında çıxış etmiş bütün həmyerlilərini qabaqlayıb.