ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda İran üzərində qələbəni (3:0) şərh edib.

Sport24.az xəbər verir ki, o, ilk hissədə ağıllı oynadıqlarını bildirib:

“Birinci hissədə çox ağıllı oynadıq. Qürur duya biləcəyimiz çox şey var. İkinci hissədə isə qətiyyətli davrandıq. DÇ-2022-nin pley-off mərhələsinə məğlub olmadan vəsiqə qazana bildik. Bu, əladır”.

B qrupunda ABŞ millisi 5 xal toplayaraq, pley-off mərhələsinə vəsiqə qazanıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.