Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tiflis “Saburtalo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

İbrahim bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.

“Samtrediya” 9 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.