Futbol üzrə Gürcüstan çempionatında yeni mövsümə start verilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

İbrahim də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”, “Qarabağ” və “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarında oynamış 21 yaşlı müdafiəçi üçün bu oyun “Samtrediya”da debüt xarakteri daşıyırdı.