“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu 2 futbolçusunu icarəyə verib.

Sport24.az xəbər verir ki, Zeke Mario və Sabo Levente 2022/23 mövsümünü icarə əsasında yerli “Keçkemet” komandasında keçirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Zeke 2018-ci, Levente isə 2020-ci ildən “Fehervar”da çıxış edir.

“Qəbələ" və "Fehervar" arasında ilk oyun iyulun 21-də Macarıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda baş tutacaq.