"Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak "Hatayspor"da işləyəcək. Sport24.az xəbər verir ki, Hatay təmsilçisində idman direktoru vəzifəsini tutacaq.

Kavlak 2010/2011-ci illər mövsümündə "Qəbələ"nin baş məşqçisi Toni Adamsın köməkçisi təyin olub. Türkiyəli mütəxəssis Adamsın istefasından sonra 2011-ci ilin noyabrından Qəbələ klubuna rəhbərlik edib. O, 2012/2013 mövsümünün 6-cı turundan sonra komanda ilə yollarını ayırıb.

 

Kavlak müxtəlif illərdə "Hatayspor"da baş məşqçi və idman direktoru vəzifələrində fəaliyyət göstərib.

 

Qeyd edək ki, millinin də şərəfini qoriyan Renat Dadaşov "Hatayspor"un formasını geyinir.