"Kayrat"ın hücumçusu Dastan Satpayev 2025-ci ildə 16 qol vuraraq, "Vasko da Qama"nın futbolçusu Rayana çatıb. Sport24.az Sports24.kz-a istinadən xəbər verir ki, bununla da qazaxıstanlı futbolçu dünyanın 19 yaşadək oyunçuları arasında qol sayına görə ən yaxşı bombardirlərdən biri olub.
Yay "transfer pəncərəsi"ndə "Palmeyras"dan "Çelsi"yə keçən Estevao 1 qol az vurub.
Qeyd edək ki, Satpayev də gələn ilin avqustunda "Çelsi"yə keçəcək. Artıq müqavilə imzalanıb, lakin FİFA-nın yetkinlik yaşına çatmayan futbolçuların beynəlxalq transferlərinə qadağası səbəbindən müqavilə gələn il qüvvəyə minəcək.