İtaliyanın “Napoli” komandasının baş məşqçisi Cennaro Qattuzo cərimələnib.

Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, A Seriyasının 10-cu turunun “Krotone” ilə matçı (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 3 min avro məbləğində cərimələnib. Qattuzo qarşılaşmada söyüş söydüyünü etiraf edib.

“Napoli” A Seriyasında 7-ci sıradadır.

Bundan əvvəl “Yuventus”un qapıçısı Canluici Buffon A Seriyası matçında söyüş söydüyü üçün 5 min avro məbləğində cərimələnmişdi.