“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Polşa çempionu “Lex” bu gün daha bir yoxlama oyunu keçirib.

Sport24.az xəbər verir ki, Poznan təmsilçisi Polşa çempionatının digər təmsilçisi “Yagelloniya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “Qarabağ”ın rəqibinin əzmkar qələbəsiylə yekunlaşıb. 18-ci dəqiqədə məğlub duruma düşən “Lex”, 49 və 57-ci dəqiqələrdə xorvatiyalı müdafiəçisi Antonio Miliçin dublu sayəsində qələbə qazanıb.

Bu matç media və azarkeşlər üçün qapalı olub. Bununla da “Lex” “Qarabağ”la oyundan öncəki təlim-məşq toplanışını qələbə ilə yekunlaşıdırb. Xatırladaq ki, Poznan təmsilçisi bundan əvvəlki yoxlama oyunlarında "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə uduzmuşdu.

“Qarabağ” "Lex"lə iyulun 5-də səfərdə qarşılaşacaq. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.