Futbol üzrə Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qızıljar” ilə qarşılaşıb. Görüş “Kayrat”ın qələbəsi ilə başa çatıb – 1:0.

“Kayrat” bu qələbədən sonra 40 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.