"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Olimpiakos"da ayrılıq baş verib. Sport24.az xəbər verir ki, məşhur futbolçu Villian Yunanıstan təmsilçisi ilə yollarını ayırıb.
Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.
Braziliya millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Fulhem" kimi klublarda çıxış edib. 36 yaşlı yarımmüdafiəçi "Olimpiakos"un heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib. Bu ilin sentyabr ayında "Olimpiakos"a keçən Villianla mövsümün sonuna qədər müqavilə imzalanmışdı.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 8-ci turunda – yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda qarşılaşacaq.