Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şelburn" heyətinə yeni futbolçu qatıb. Sport24.az xəbər verir ki, Dublin təmsilçisi "Arsenal"ın (U-21) gənclərdən ibarət komandasından yarımmüdafiəçi Cek Henri-Fransisi düşərgəyə cəlb edib.

 

Xatırladaq ki, "Şelburn" - "Qarabağ" matçları iyulun 23 və 30-da keçiriləcək.