Türkiyənin “Qalatasaray” klubunun kollektivindən götürülmüş sonuncu koronavirus testlərinin nəticəsi açıqlanıb.

Sport24.az xəbər verir ki, futbolçulardan birinin COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb və müalicəsinə başlanılıb.