"Yuventus"un futbolçusu Kefren Türam karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.

 

"Qalatasaray" fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

İstanbul təmsilçisi yaxın zamanda Turin klubu ilə danışıqlara başlamağı planlaşdırır.

 

Türam bu mövsüm A Seriyasında 34 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.