Napoli"nin hücumçusu Viktor Osimhen "Qalatasaray"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkə hesabında məlumat payalaşıb.
Tərəflər 75 milyon avroya başa gələcək sövdələşmənin bütün detallarını həll ediblər.
Forvard müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Anlaşmaya əsasən nigeriyalı hər mövsümə 18 milyon avro qazanacaq.
Qeyd edək ki, sözləşmədə "Qalatasaray"ın qarşıdakı iki mövsüm ərzində Osimhenin heç bir İtaliya klubuna sata bilməyəcəyi ilə bağlı bənd var.