"Qalatasaray" bu mövsüm "Tottenhem"dən transfer etdiyi Davinson Sançez komandanı tərk edə bilər. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi "Napoli"yə transfer oluna bilər.

 

Tərəflər arasında artıq danışıqlar başlayıb. Neapol təmsilçisi Davinson üçün "Qalatasaray" 25 milyon avro təklif edib. Amma Türkiyə nəhəngi bu məbləğlə razılaşmayıb. "Qalatasaray"da 27 matça çıxan təcrübəli futbolçu 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Sançez 2027-ci il iyunun 30-na qədər İstanbul klubuna məxsusdur.