"Qalatasaray"ın futbolçusu Taylan Antalyalı karyerasını "Kocaelispor"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, İzmit təmsilçisi 30 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

 

16 ildən sonra Türkiyə Superliqasına geri qayıdan "Kocaelispor" onunla 2 illik müqavilə imzalayacaq.

 

Taylan Türkiyə millisi və "Bucaspor", "Gənclərbirliyi", "Erciyesspor", "Hacettepe", "Erzurumspor", "Ankaragücü", "Samsunspor", "Bodrumspor" klublarında oynayıb.