"Qalatasaray" yeni oyunçu ilə razılığa gəlib. Sport24.az ajansspor.com-a istinadən xəbər verir ki, "aslanlar" "Werder Bremen"ə məxsus olan Eren Dinkçi ilə böyük ölçüdə anlaşıblar. "Sarı-qırmızılar" futbolçunun meneceri ilə görüşüb.

Mövsümü icarə əsasında "Heidenheim"də keçirən Erenin "Werder Bremen"lə 2025-ci ilin iyununa qədər müqaviləsi var.