Bu il üçün "Golden boy" mükafatının qalibinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, nüfuzlu mükafat Turində təşkil olunan məraimdə PSJ-nin 20 yaşlı futbolçusu Desire Dueyə təqdim olunub.

 

Due ötən mövsüm PSJ ilə Liqa 1-in, Fransa kubokunun və Çempionlar Liqasının qalibi olub. O, 2024/25 mövsümündə bütün yarışlarda 61 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə verib.

 

Qeyd edək ki, "Golden boy" mükafatı ilin ən yaxşı gənc oyunçusuna təqdim olunur.