Usman Dembele gələn il iş yerini növbəti dəfə dəyişə bilər. Sport24.az xəbər verir ki, PSJ-nin hücumçusunun karyerasını İngiltərədə davam etdirmək şansı var. O, London klublarının hədəfindədi.
Fransalı futbolçunu “Arsenal”, “Tottenhem” və “Vest Hem” sıralarında görmək istəyir. “Mirror” qəzetinin yaydığı xəbərdə bu klubların Dembeleni gələn ilin yanvarında icarəyə götürməyi planlaşdırdıqları bildirilir.