Fransanın PSJ klubu futbolçusu Neymarla müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Neymarın adı İspaniyanın “Barselona” klubu ilə hallanırdı.