Futbol üzrə Fransa çempionatında 1-ci turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Günün ilk matçı “Strasburq”la “Monako” arasında keçirilib. Üç qolun qeydə alındığı bu matçda qonaqlar qələbə qazanıblar.

Digər oyunda isə son çempion PSJ səfərdə “Klermon”la qarşılaşıb. Paris təmsilçisi yeni mövsümə darmadağınla başlayıb.

Fransa, Liqa 1
1-ci tur

6 avqust

Strasburq – Monako 1:2
Qol: Diallo, 65 – Diatta, 43. Diop, 53.

Klermon – PSJ 0:5
Qol: Neymar, 9. Hakimi, 26. Markinyos, 38. Messi, 80; 86.