İngiltərənin “Vulverhempton” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Pedro Neto zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dizindən zədələnən 21 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxmalı olacaq. Portuqaliya yığmasının da üzvü olan Neto, AÇ-2020-nin oyunlarında da iştirak etməyəcək.

Neto bu mövsüm Premyer Liqada 31 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.