"Lester" baş məşqçi Stiv Kuperlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

 

Uğursuz nəticələrdən sonra 44 yaşlı mütəxəssislə əməkdaşlığa son verilib. "Lester" İngiltərə Premyer Liqasının 12-ci turunda "Çelsi"yə 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, "tülkülər" 10 xalla 16-cı pillədə qərarlaşıblar. Onları düşmə zonasında 2 xal ayırır.