Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan İngiltərənin “Çelsi” klubu ilə cavab oyunu “Portu”nun hücumçusu Mehdi Taremi üçün əlamətdar olub.

Sport24.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşdə yeganə qolun müəllifinə çevrilib.

28 yaşlı futbolçu 90+4-cü fərqlənib. Bu, onun komandasına qələbə qazandırsa da, yarımfinala vəsiqə üçün yetərli olmayıb. Çünki ilk oyunda Portuqaliya klubu 0:2 hesabıyla uduzmuşdu.

Buna baxmayaraq, Taremi vurduğu qol sayəsində Çempionlar Liqasında ilkə imza atıb. O, qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalında qol vurmağı bacaran ilk iranlı futbolçu olub.