"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "Daily Mail" qəzetinə danışıb:

 

"Bir müddət məşqçilik etməyəcəyəm, əminliklə deyə biləcəyim tək şey budur. And içirəm: əgər gücüm olsaydı, burada onlarla birlikdə olardım, hələ də burada olardım. Açığı, istirahətə layiqəm".

 

Bu gün "Mançester Siti" Qvardiolanın rəhbərliyi altında son oyununu Premyer Liqada "Aston Villa"ya qarşı keçirəcək.

 

Qeyd edək ki, 55 yaşlı Xosep Qvardiola "Mançester Siti"də keçirdiyi 10 il ərzində klubla 20 kubok qazanıb. "Şəhərlilər" altı dəfə İngiltərə çempionluğunu qazanmaqla yanaşı, ölkə və liqa kubokunu və Çempionlar Liqasını (2022/2023) qazanıb.