İtaliyanın “Latsio” klubu baş məşqçisi Mauritsio Sarri ilə müqavilənin müddətini uzadıb. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müqavilə 2025-ci ilədək qüvvədə olacaq.

Klubun tezliklə bu barədə rəsmi açıqlama verməsi gözlənilir. 63 yaşlı mütəxəssisin klubla mövcud müqaviləsi 2023-cü ilin iyununa qədər idi.

Sarri “Latsio”ya 2021-ci ilin iyunundan rəhbərlik edir. Komanda onun rəhbərliyi altında A Seriyasında geridə qalan mövsümü 64 xalla 5-ci pillədə başa vurub.