Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda 26-cı tur çərçivəsində səfərdə “Zarya” ilə qarşılaşıb. “Aleksandriya” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Pavel bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 26 oyuna topladığı 29 xalla 14 kollektiv arasında 9-cu yeri tutub.

Paşayev geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 20 oyuna çıxıb. O, bu görüşlərdə 9 sarı vərəqə ilə cəzalanıb.