"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove xəstəxanada müalicəsi başa çatıb. Sport24.az xəbər verir ki, o, evə buraxılıb.
22 yaşlı futbolçusu müalicəsini evdə davam etdirəcək.
İtaliyalı hücumçunun dekabrın 1-də "İnter"lə oyunda ürəyi dayanmışdı. O, daha sonra defibrilator taxdırmaq üçün əməliyyat olunub.
Futbolçu defibrilatorun implantasiyasından 6 ay vaxt keçməyincə oynaya bilməyəcək.
Qeyd edək ki, Bove 2024-cü ilin yayında "Roma"dan icarə əsasında "Fiorentina"ya keçmişdi. Bu mövsüm o, 14 oyuna çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.