2025/26 mövsümündə dəyəri ən çox artan oyunçuların "11-liy"i açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalı məlumat yayıb. Siyahıda yer alan futbolçuların ümumi artım dəyəri 900 milyon avro təşkil edib.

 

"RB Leypsiq"in hücumçusu Yann Diomande qiyməti ən çox artan oyunçudur. Onun transfer dəyəri 1,5 milyon avrodan 90 milyon avroya yüksəlib ki, bu da bir ildə 88,5 milyon artım avro deməkdir.

 

PSJ yarımmüdafiəçiləri Vitinya və Joao Neveşin dəyəri 60 milyon avro artaraq hazırda 140 milyon avroya çatıb. "Bavariya"nın hücumçusu Maykl Olise də siyahıda yer alıb və dəyəri 100 milyon avrodan 150 milyon avroya yüksəlib.

 

Komandanın tam heyəti isə belədir:

 

qapıçı - Robin Risser ("Lans", +28,5 milyon)

 

müdafiəçilər - Marko Palestra ("Kalyari", +31,5 milyon), Jeremi Jake ("Renn", +45 milyon), Luka Vuşkovic ("Hamburq", +48 milyon), Niko O'Rayli ("Mançester Siti", +52 milyon),

 

yarımmüdafiəçilər - Vitinya (PSJ, +60 milyon), Joao Neves (PSJ, +60 milyon), Lennart Karl ("bavariya", +58,5 milyon),

 

hücumçular - Yan Diomande ("RB Leypsiq", +88,5 milyon), Maykl Olise ("Bavariya" +50 milyon), Eli Junior Krupi ("Bornmut", +55 milyon).