Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin təşkilatçıları iştirak edəcək ölkələrdən ilk müraciətlərin qəbuluna başlayıb. Sport24.az xəbər verir ki, Kanadadan sonra Kosovo millisi də fevralın 14-16-da Milli Gimnastika Arenasında baş tutacaq yarışa gəlmək niyyətindədir.

 

Kosovoluların ilkin heyətinə 4 idmançı daxildir: Olimpiya çempionu Distria Krasnigi (52 kq), dünya çempionatının bürünc mükafatçısı Laura Fazliu (63 kq), həmçinin Erza Muminoviq (52 kq) və Flaka Loxa (57 kq).