Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

“Kolos” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.