Neymar vər "Santos"un digər oyunçuları arasında münasibətlər pisləşib. Sport24.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Braziliya liqasının "Şapekoense" ilə oyununun fasiləsində Neymar yarımmüdafiəçi Qabriel Bontemponu və müdafiəçi Joao Ananianı sərt şəkildə tənqid edib. 34 yaşlı hücumçu Bontemponu təhqir etdiyi və gələn mövsüm B Seriyasında "Şapekoense"yə qarşı oynaya biləcəyini bildirilir. Neymarın həmçinin Ananianın səviyyəsini şübhə altına aldığı iddia edilir.
Söhbətin tonu oyunçular, məşqçilər heyəti və "Santos" rəhbərliyi arasında narazılığa səbəb olub. Rəsmilərin fikrincə, hücumçunun davranışı komandaya mənfi təsir göstərə bilər.
Qeyd olunur ki, komanda yoldaşları da Neymarın oyunlar zamanı davamlı ictimai tənqid və jestlərindən qıcıqlanırlar. Bəzi oyunçular, xüsusən də legionerlər belə münasibətdən beziblər.
Neymarın nümayəndələri yaşananları şərh etməkdə imtina ediblər. "Santos" rəhbərliyi hadisəni araşdırmaq niyyətindədir.