"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis Albaniyada çalışacaq. O, yüksək liqa təmsilçisi "Elbasani"nin baş məşqçisi təyin edilib.

 

Qeyd edək ki, Bordin 2018-ci il iyunundan 2020-ci ilin yanvarına qədər "Neftçi"də çalışıb. O, "Neftçi"dən sonra Moldova millisi, "Şerif" və "Triestina"nı çalışdlırıb.