Monteneqrolu məşqçi Miodraq Bojoviç Moskva "Dinamo"sunun baş məşqçisi olmaq istəyir. Sport24.az xəbər verir ki, "Neftçi"nin sadiq çalışdırıcısı bu barədə Sport24.ru-ya açıqlama verib:
"Mən "Dinamo"nu çalışdıra bilərəm. Bilirəm ki, Moskva klubu baş məşqçi axtarır və ümid edirəm ki, klub mənim də namizədliyimi nəzərdən keçirirlər. Mən artıq bir dəfə "Dinamo"da işləmişəm, indi niyə olmasın?"
Qeyd edək ki, Bojoviç 2010 - 2011-ci illər aralığında "ağ-göylər"in baş məşqçisi postunda çalışıb.