“Neftçi”nin transfer etmək istədiyi Nikita Rukavitsa karyerasını yenə İsraildə davam etdirəcək. Sport24.az xəbər verir ki, son olaraq Hayfa “Makkabi"sində çıxış edən təcrübəli hücumçu “Neftçi”yə keçidə yaxın idi, hətta müqavilə imzalamaq üçün Bakıya gəlmişdi. 

Amma sonda paytaxtımızı bəyənməyən Nikita keçiddən imtina etdiş Avstraliya millisinin üzvü İsrail yüksək liqa təmsilçisi “Hapoel Beer-Şava” ilə anlaşıb. 34 yaşlı hücumçu israillilərlə 2 illik müqaviləyə qol çəkib.