"Neftçi"nin sabiq futbolçusu Ahmed Ahmedov Bolqarıstan MOİK-i ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, 27 yaşlı türk əsilli bolqarıstanlı hücumçu bu barədə "İnstagram" hesabında bildirərək, iki il ölkənin ən titullu klubunda çıxış etdiyini vurğulayıb, ona dəstək olan hər kəsə təşəkkür edib və komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, 2020-ci ildən MOİK-in formasını geyinən Ahmed 2020/21 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"də çıxış edərək, Azərbaycan çempionu adını qazanıb. O, sonuncu - XXVIII turda "Qarabağ"la "Dalğa Arena"dakı matçda "ağ-qaralar"a qələbə qazandıran yeganə qolun müəllifi olub.